`Qarabağ` kubok üçün hazırdır
`Qarabağ` kubok üçün hazırdır
`Qarabağ` artıq kubok mücadiləsinə hazırdır. Sabah kubokun 1/8 final mərhələsində Qusarın `Şahdağ` klubunu qəbul edəcək komandamız bu gün səhər sonuncu məşqini edib. Tam heyətlə çalışan komandamızda məlum olduğu kimi sadəcə Rəşad Sadıqov zədə səbəbindən komandanın sıralarında deyil. Bu arada sabah baş tutacaq oyunda zədə ucbatından komandadan ayrı düşən futbolçularımızın start heyətində meydana çıxması mümkündür. Belə ki, zədədən əziyytə çəkən Aftandil Hacıyev son oyunlarda sıraya dönmüşdüsə kapitanımız Aslan Kərimov son turda son 10 dəqiqə meydanda olmuşdu. Emin İmaməliyev isə Sentyabrın 16-sında `Turan`la oyunda sıradan çıxmış, yenidən formasına qovuşmaq üçün sabahkı oyunu gözləyir.
Nəzərinizə çatdıraq ki, sabah baş tutacaq oyun Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyunu gənc hakim Rauf Cabbarov idarə edəcək. Baş hakimə Azad Hüseynov və Şakir Quliyev yardım edəcək. 4-cü hakim funksiyasını isə Etibar Həsənov yerinə yetirəcək.