`Qarabağ` kubok üçün

single-news
25 Fev 2013

`Qarabağ` kubok üçün



`Qarabağ`ımız kubok üçün başladı. Ölkə kubokunun ¼ finalında `Qəbələ`ylə qarşılaşacaq komandamız `Rəvan`la oyun sonrası dərhal hazırlıqlara başlayıb. 18 gün sonra yenidən Qəbələyə səfər edəcək komandamız bugün 15:00-da Suraxanı qəsəbə stadionunda sonuncu məşqini edəcək.
Sabah səhər isə komandamız adıçəkilən rayona yollanacaq. Xatırladaq ki, ötən mövsüm də tərəflər ölkə kubokunun eyni mərhələsində qarşılaşmışdı. Qəbələdə 2:2 hesabı qeydə alınmış, cavab oyununda hesab açılmadığına görə komandamız yarımfinala adlamışdı.
Qeyd edək ki, `Qəbələ` - `Qarabağ` Fevralın 27-də, saat 15:00-da keçiriləcək.

 

Paylaş

// pop up