`Qarabağ` kuboka başladı

single-news
16 Apr 2012

`Qarabağ` kuboka başladı



`Qarabağ`ımız `Bakı`yla oyunun hazırlıqlarına başlayıb.  Şənbə günü premyerliqada `Qəbələ`nin qonağı olan komandamız Bakıya dönər-dönməz ölkə kubokunun yarımfinal mərhələsində qarşılaşacağı `Bakı`yla oyunun hazırlıqlarına başlayıb. Bazar günü sonuncu oyunda meydana çıxmayanlar məşq edibsə bugün bütün komanda ilk məşqini keçəcək. Aprelin 18-ində ½ finalın ilk qarşılaşmasına çıxacaq komandamızın bugünki çalışması 16:00-a nəzərdə tutulub.  Komandamız sabah oyunun keçiriləcəyi `Bakı`nın təlim-məşq bazasının stadionunda məşqə çıxacaq.
Xatırladaq ki, `Bakı` - `Qarabağ` oyunu Aprelin 18-ində saat 15:30-da keçiriləcək.

Paylaş

// pop up