`Qarabağ` kuboka başladı

single-news
28 Noy 2011

`Qarabağ` kuboka başladı



`Qarabağ`ımız kubok hazırlığına başladı. Noyabrın 30-da ölkə kubokunun 1/8 finalında `Sumqayıt-Şəhər`lə qarşılaşacaq komandamız şənbə günü premyerliqada `Neftçi`ylə qarşılaşdıqdan sonra elə Ağdamda qalıb. Gündə bir məşq keçən komandamız məşqlərini Quzanlı qəsəbə stadionunda keçir.
Komandamız `S-Ş`-lə oyuna tam heyətlə hazırlaşa bilmir. Rəşad Sadıqov məlum zədə səbəbindən hazırlıqdan kənar düşüb. Eyni zamanda atasının vəfat etməsiylə əlaqədar `Neftçi`ylə oyundan kənarda qalan Ansi Aqollinin bugün Bakıya qayıtması gözlənilir.  Müdafiəçi Bakıya dönər-dönməz Ağdama yollanacaq.
Xatırladaq ki, kubok müdaliəsi tək matçdan ibarət olacaq və 13:00-da start götürəcək.

Paylaş

// pop up