`Qarabağ` kubokda çoxalır

5 Mar 2013
`Qarabağ` kubokda çoxalır
`Qarabağ`ımız kubokun cavabı üçün yığışdı. Ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə `Qəbələ`ni qəbul edəcək komandamız bugün tək çalışmayla kifayətlənəcək. `Qarabağ`ımız oyunun keçiriləcəyi mərkəzi arenada 17:00-da məşqə çıxacaq. Çempionat çərçivəsində baş tutan sonuncu oyunda komandamız 5 itkiylə mübarizə aparmışdı. Sevindirici haldır ki, komandamız eyni aqibəti qəbələlilərlə oyunda yaşayacağı görsənmir. Belə ki, Ansi Aqollinin oynyacağı zatən bəlliydisə, zədəli Riçard Almeyda artıq komandayla məşqlərdə iştirak edir. Eləcə də Kristian Torres və yeni transferimiz Emeka Opara da komanda ilə çalışmalarda iştirak edir. Sadəcə, Branimir Subaşiçin meydana çıxma ehtimalı yoxdur. 1 həftə öncə baş tutan ilk görüşdə 1:1-lik nəticə qeydə alınmışdı. Qeyd edək ki, `Qarabağ` - `Qəbələ` görüşü, Martın 7-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.