"Qarabağ" - "Kukesi": Mətbuat konfransları və son məşq

single-news
30 İyl 2018

"Qarabağ" - "Kukesi": Mətbuat konfransları və son məşq



Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - “Kukesi” (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. İyulun 31-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Kukesi"nin baş məşqçisi isə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaqdır və komandamızın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaqdır.

 

Paylaş

// pop up