`Qarabağ` layiqdi, ümid və nəticə

single-news
6 İyl 2011

`Qarabağ` layiqdi, ümid və nəticə



Bu gün Avroliqanın 1-ci mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` - `Banqa` oyun öncəsi mətbuat konfransı keçirilib.İlk olaraq media önünə komandamızın baş məşqçisi Qurban Qurbanov çıxıb.  Qurban müəllim verilən suallar əsasında bunları deyib:`İlk öncə bütün klublarımıza uğurlar arzulayıram. İstərdim ki, onlar heç olmasa ilk mərhələni uğurla adlasınlar. Sabahkı oyuna gəldikdə isə səfərdə oyunumuz əla alındı. Gözlədiyimizdən yaxşı oldu. Amma bu o demək deyil ki, hər şey yaxşıdı. Hələ çox məşq etməliyik. Bütün komanda cəmi 1 həftə bir yerdə məşq edə bilib. Ona görə də artırmalıyıq.

İlk oyunun nəticəsi o demək deyil ki, Bakıda arxayın oynayacağıq. Sabahkı oyuna da ciddi hazırlaşmışıq və yenə də var-gücümüzlə oynayacağıq. Əlbəttə, bütün futbolçular istəyər ki, yaxşı çıxış etsinlər. Ona görə də meydana çıxacaq bütün futbolçuların ən yaxşısını edəcəyinə inanıram.`
Ardınca rəqib komandanın baş məşqçisi Arminas Narbekovas suallara cavab verdi:`Bu oyuna yoldaşlıq matçı kimi baxıram. Sabahkı oyun gənc futbolçuları yoxlamaq üçün əla şansdır. İlk oyunda həyəcan bizə oynama imkan vermədi. Amma sabah tam fərqli oynayamağa çalışacağıq.
`Qarabağ` texnikalı oyun nümayiş etdirir və bunun nətcəsi idi ki, səfərdə böyükhesablı qələbə qazandı. `Qarabağ` Avroliqanın qrup mərhələsinə düşməyə layiqdir. Onlar maraqlı və əsl komanda oyunu nümayiş etdirir. Səfərdə qapımıza 4 gözəl qol vurdular.

Xüsusilə də ikinci qolda ( Vüqar Nadirovun qolu) `Qarabağ` bizə futbol dərsi keçdi. Eyni qolu son turda vurduq. Mənim üçün sabahkı oyunun nəticəsi vacib deyil. Siyasi baxımdanda `Qarabağ` haqda çox şey bilirik. Rəqib haqqında bütün məlumatları əldə etmişik.`  

Paylaş

// pop up