“Qarabağ” Leandro Andrade ilə yeni müqavilə imzaladı
2 Fev 2024
“Qarabağ” Leandro Andrade ilə yeni müqavilə imzaladı
“Qarabağ” futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib. Klubumuzla kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.
24 yaşlı futbolçu 2022-ci ilin yanvarından komandamızın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qola imza atıb. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.
Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.
