“QARABAĞ” LEGİONERLƏRİ BƏYƏNMƏDİ . . .

single-news
17 Yan 2006

“QARABAĞ” LEGİONERLƏRİ BƏYƏNMƏDİ . . .



“Qarabağ” Futbol Klubu ikinci dövrəyə hazırlıqları yoldaşlıq matçları ilə davam etdirir. İlk yoldaşlıq oyunu iddialı “Bakı” klubuna qarşı keçirildi. Əvvəlcədən bildirək ki, hər iki hissədə komandamız fərqli heyətlə meydana çıxdı.İlk hissədə “Qarabağ” bütün baxışda olan legionerləri sınadı: C.Həsənzadə, M.Seriteli, İ.Lısak, D.Əbdürrəhmanov, A.Kərimov, M.Orucov, V.Sviryov,V.Haqverdiyev, A.Voskoboynik, R.Ududov, Q.Koridze. İkinci hissədə isə, “Qarabağ” öz gənc futbolçularını da meydana buraxdı. Oyuna gəlincə, heyətdə olan futbolçuların ilk birgə oyunu olduğundan bir birini yaxşı başa düşməməsi sezilirdi. Oyun gözəl mübarizə şəraitində keçdi. Həm ilk hissədə, həm də ikinci hissədə hər iki komanda bir neçə qol şansı qazandılar. Bunlardan rəqib hər hissədə bir dəfə fərqlənə bildi. “Qarabağ” formasını geyinən baxışda olan futbolçular isə bunlara cavab verə bilmədilər. Oyundan sonra, Baş Məşqçimiz Böyükağa Ağayev baxışda olan futbolçular haqqında bunları bildirdi: “Bu futbolçuların oyun praktikasının olmaması özünü göstərdi. Elə fərqləndirə biləcəyim legioner olmadı. Yeni futbolçularla da danışıqlar aparırıq və yaxın günlərdə onları da sınaqdan keçirəcəyik.Sonda gözəl heyət yaradacağımıza inanıram və bu yöndə işlərimizi davam etdiririk.”

Paylaş

// pop up