Qarabağ` Lənkərana yollandı...

single-news
11 Fev 2010

Qarabağ` Lənkərana yollandı...



`Qarabağ` futbol klubu artıq Lənkərana yollanıb. Bu gün günorta saatlarında Bakını tərk edərək ölkənin cənub bölgəsinə yollanan komandamız sabah Lənkəranda 1 məşq də keçəcək. Komandamızın şənbə günü keçiriləcək matç üçün 1 gün öncə səfərə yollanmasını komandamızın yerli iqlimə uyğunlaşmasına hesablanıb.
Bu gün yola çıxmazdan əvvəl komandamızın paytaxtda sonuncu məşqinə çıxdığını qeyd edək. Komandamızda Ayxan Abbasovun ötən matçda qırmızı aldığına görə maçı buraxacağı dəqiqdir. Son oyunu cəza səbəbindən buraxan Rəşad Sadiqov isə sıraya dönüb. Georgi Adamiya oyunda iştirak edib-etməməsi matç günü bəlli olacaq.

Paylaş

// pop up