`Qarabağ` Lənkərana yollandı

single-news
21 Dek 2010

`Qarabağ` Lənkərana yollandı



`Qarabağ`ımız artıq Lənkərana yollanıb. Böyük fasiləyə qədər baş tutacaq sonuncu oyunda `Xəzər-Lənkəran`ın qonağı olacaq komandamız bu gün axşam Lənkəranda olacaq. Bu gün komandamız səhər günün tək məşqini keçərək yola düşüb. Səhər 10-da Suraxanı qəsəbə stadionunda məşq edən komandamızın milli futbolçuları AFFA-nın tədbirinə qatıldıqdan sonra `Xəzər-Lənkəran`la oyuna yollanıblar.
Komandamızda son oyundan qabaq itkilərin olmaması prinsipial oyunöncəsi üzləri güldürür. Çempionatın startından bəri komandanı izləyən zədə sindromunun geridə qalması komandanın artıq tam heyətlə məşq etməsinə imkan yaradıb. Düzdü, yüngül zədəsi olan Rəşad Kərimov Lənkərana aparılmayıb. Əvəzində `Turan`la oyunda zədələnərək əvəzlənən Zaur Həşimovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Bu gün komandayla məşq edən müdafiəçi komanda ilə birlikdə Lənkərana səfər edib.
 Komandamız sabah səhər 11-də oyunun keçiriləcəyi stadionda məşq edəcək. Xatırladaq ki, `Xəzər-Lənkəran` - `Qarabağ` oyunu dekabrın 23-ü saat 17:00-da keçiriləcək.

Paylaş

// pop up