`Qarabağ` Lənkərana yollanır
5 May 2011
`Qarabağ` Lənkərana yollanır
`Qarabağ`ımız Lənkərana yollanır. Premyerliqanın 30-cu turunda `Xəzər-Lənkəran`ın qonağı olacaq komandamız bu gün axşam cənub bölgəsində olacaq. Saat 11-də bazaya yığışan komandamız Suraxanı qəsəbə stadionunda Bakıdakı sonuncu məşqinə çıxıb. Günorta yeməyindən sonra `Qarabağ`ımız yola düşəcək.
Sabah komandamız oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq. Xatırladaq ki, `Xəzər-Lənkəran` - `Qarabağ` oyunu Mayın 7-sində Lənkəran şəhər stadionunda saat 20:00-da keçiriləcək.
Sabah komandamız oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq. Xatırladaq ki, `Xəzər-Lənkəran` - `Qarabağ` oyunu Mayın 7-sində Lənkəran şəhər stadionunda saat 20:00-da keçiriləcək.