`Qarabağ` `Levante`ylə başladı

single-news
31 May 2012

`Qarabağ` `Levante`ylə başladı



`Qarabağ`ımızın 15 yaşlılarından ibarət komandası Qəbələdə keçirilən `Gabala Cup` turnirində iştirak edir.  İspaniya `Levante`si, `Hollandiya `Feyenord`u və Serbiya millisiylə eyni qrupda mübarizə aparan komandamız bugün turnirin açılış oyununda ispanlarla qarşılaşıb. Saat  10:00-da start götürən oyunda Xəyal Həsənovun başçılıq etdiyi komandamız 2:1 hesabıyla məğlub olub.
Oyun start həyəcanı matçın ilk dəqiqələrində hadisələrin meydanın mərkəzində cərəyan etməsinə səbəb oldu. Amma 5-ci dəqiqədə `Levante` penalti vurmaq hüququ qazandı.Rikardo ilə  11 metrlik zərbəni dəqiq yerinə yetirən ispanlar 11-ci dəqiqədə hesab arasında fərqi artırdılar. Fiksin uzaq məsafədən zərbəsi dəqiq oldu.
2-ci yarıya tam fərqli başlayan komandamız  tezliklə fərqlənə bildi.  Qazandığımız penaltini Şaxban Cəbrayılov hesab arasında fərqi azaltdı.  Komandamız qol vurmaq üçün daha bir neçə dəfə cəhd etsə də, oyunda hesab dəyişmədi və ilk oyunda məğlubiyyətlə üzləşdik.
`Qarabağ` ımız 2-ci oyunda bugün 19:00-da `Feyenord`la qarşılaşacaq.

Paylaş

// pop up