`Qarabağ` leysanla mübarizədə - fotolar
`Qarabağ` leysanla mübarizədə - fotolar
`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. İlk gündən etibarən yüksək tempdə çalışan futbolçularımızın əzmi texniki hryəti sevindirir. 12 futbolçuyla çalışmaq məcburiyyəti futbolçular daha da yüklənməsinə səbəb olurki çoxusu gənc olan futbolçular tempə uyğunlaşmağa çalışır.
Dünən axşam baş tutan çalışma ənənvi olaraq leysanla müşayət olundu. Buna baxmayaraq 90 dəqiqə məşq edən heyət üzvləri fiziki yüklənmələrə məruz qalsalar da sona qədər mübarizə apardılar. Məşqin sonunda 2 toxunuşla futbol baş tutdu. 2 gün bundan öncə cavanlar sonda baş məşqçimiz Qurban Qurbanovun köməkliyi qələbə qazanmışdılarsa, bu dəfə təcrübəlilərin intiqamı ağır oldu.
Bu günə isə komandamızın tək məşqi nəzərdə tutulmuşdu. 10:15 meydançaya hərəkət edən komandamız günün tək çalışmasına 100 dəqiqə vaxt sərf etdi. Öncə leysan altında 2 qrupda kvadrat oynayan komandamız ardınca sürətləndirici hərəkətlər yerinə yetirdilər. Məşqin sonunda isə 3 dəfə top saxlama çalışması yerinə yetirildi.
Sabaha komandamızın 2 məşqi nəzərdə tutulub.
`Qarabağ`ımızın leysanla mübarizəsi