"Qarabağ" liderliyini möhkəmləndirdi

11 Apr 2021
"Qarabağ" liderliyini möhkəmləndirdi
Premyer Liqanın 22-ci turunda "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edib.
Qarşılaşmada komandamız 4:1 hesablı qələbə qazanıb. Heyətimizdə Abdullah Zubir dubl edib, Filip Ozobiç bir dəfə fərqlənib, digər qolu isə rəqib komanda öz qapısından keçirib.
Bu nəticədən sonra "Qarabağ" xallarını 46-ya çatdırıb və ilk pillədə yerini möhkəmləndirib.