"Qarabağ" - "Linfild" matçının biletləri satışda !

21 Avq 2019
"Qarabağ" - "Linfild" matçının biletləri satışda !
"Qarabağ"ımız Avropa Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 29-u, saat 20:00-da Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edəcək. Artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)