"Qarabağ" - "Linfild": Mətbuat konfransı və son məşqlər

single-news
27 Avq 2019

"Qarabağ" - "Linfild": Mətbuat konfransı və son məşqlər



Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Linfild"qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Avqustun 28-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 17:45-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Linfild"in baş məşqçisi isə saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Şimali İrlandiya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Qeydiyyatdan keçmiş KİV nümayəndələri avqustun 28-i, saat 12:00-dan 19:00-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən əldə edə bilərlər.
QEYD: Klub tərəfindən ayrılmış avtobus sabah saat 17:15-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 18:15-də isə "Azərsun Arena"dan geri qaytaracaq.

Paylaş