“Qarabağ” Mahir Şükürovun komandasına qalib gəldi (apasport.az)

18 Yan 2010
“Qarabağ” Mahir Şükürovun komandasına qalib gəldi (apasport.az)
“Qarabağ” klubu bu gün Antalya təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq matçını keçirib. Apasport.az saytının xəbərinə görə, Rusiya Premyer Liqa təmsilçisi “Anji” ilə qarşılaşmada qapılara 1 top vurulub. Yeganə qolun müəllifi oyunun sonlarında fərqlənən Rauf Əliyev olub.
Qeyd edək ki, milli komandamızın üzvü Mahir Şükürov az öncə “Anji” ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, milli komandamızın üzvü Mahir Şükürov az öncə “Anji” ilə 3 illik müqavilə bağlayıb.