"QARABAĞ" MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB.(OLAYLAR, 29 Dekabr)

single-news
30 Dek 2004

"QARABAĞ" MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB.(OLAYLAR, 29 Dekabr)



"Qarabağ" FK-nın üzvləri Ağdamda məcburi köçkünlərlə görüşüb. Komandanın öz xərci hesabına bir qrup mediya nümayəndəsi də bölgədə səfərdə olub. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Ağdamın Üçoğlan kəndinin stadionunda yüzlərlə məcburi köçkün, Ağdam RİH-nin başçısı Həsən Sarıyev "Qarabağ"ı alqışlarla qarşılayıb.GİT Nazirliyinin idarə rəhbəri V.İsgəndərov və başqaları "Qarabağ"ın səfərinə çox sevindiklərini bildirib və komandanın milli çempionatda liderlərdən biri olduğunu deyib."Qarabaöın vitse-prezidenti Tahir bəy Ağdama səfər etdiklərinə görə özünü çox xöşbəxt hiss etdiyini bildirib: " Allaha şükür ki, birinci dövrəni lider olaraq başa vurduq. İnşaallah, hədəfimiz çempionluqdur." Klub rəsmiləri ardından 18 kənd orta məktəbinə 500-dən artıq futbol geyimi və toplar, təqvimlər hədiyyə etdilər.

Paylaş