`Qarabağ` media ilə görüşdü
`Qarabağ` media ilə görüşdü
`Qarabağ` Futbol Klubunun ənənəvi olaraq təşkil etdiyi media nümayəndələri ilə növbəti görüş baş tutub. Ölkənin tanınmış Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüşə `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel, direktorumuz Emrah Çelikel və baş məşqçimiz Qurban Qurbanov da qatılıb. Giriş sözüylə məclis iştirakçılarını salamlayan başqanımız Tahir bəy ardınca Ağdamın işğal günü və vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tahir bəy eyni zamanda Azərbaycanda milli mətbuatın yaranmasının 135 illiyi münasibəti ilə də media mənsublarını təbrik edib.
Toplantının əsas məqsədi `Qarabağ`ın avrokuboklarda çıxışı, ölkə futbolunda mümkün perspektivlər və s olub. Səmimi münasibətlər çərçivəsində davam edən görüşdə Mahir Rüstəmli, İlkin Fikrətoğlu, Emin Abbasov, Aydın Bağırov, Gündüz Abbaszadə, Tural Xudiyev, Şəmsəddin Abbasov və başqaları qarşılıqlı diskussiyada maraqlı söhbətlər gedib. Tövsiyələr, tənqidlər söhbəti daha da maraqlı alınmasına səbəb olub.
Görüş zamanı klubumuzun prezidenti media mənsublarına bildirib ki, `Qarabağ` üçün Bakıda inşa ediləcək stadionun ərazisi ilə yeni ayrıntılar var. Tahir bəy inşa ediləcək stadiona həssaslıqla yanaşmalarında əsas məqsəd azarkeş amilini də vurğulayıb. Stadionun yerləşəcəyi mövqeyin azarkeşlərin gəlişi üçün əlverişli olması faktını vurğuladı.
Eyni zamanda görüş əsnasında məlumat verildi ki, `Qarabağ` cari mövsüm ev oyunlarını Bakıda oyayacaq. Klubumuzun direktoru Emrah Çelikel bunun ötən mövsüm ev oyunlarını keçirdiyimiz Quzanlı Olimpiya kompleksinin stadionunun yağış səbəbindən bəzi yerlərinin çökməsinin və bu səbəbdən əsaslı təmirə dayandırılması səbəb olub.
Maraqlı görüşdə `Qarabağ`ın Avroliqa perspektivləri də müzakirə olundu və media nümayəndələri `Qarabağ`ın `Visla` səddini keçəcəklərinə inandıqlarını ifadə etdilər.
Görüşdən MARAQLI ANLAR..