`Qarabağ` mərkəzi arenaya

single-news
25 İyl 2011

`Qarabağ` mərkəzi arenaya



`Qarabağ`ımız `Brügge` ilə oyunun hazırlıqlarını davam etdirir. Avroliqanın III mərhələsində Belçikanın ünlü klubuyla qarşılaşacaq komandamız gündə bir məşqlə kifayətlənir. Komandamızda sevindirici məqam Tural İsgəndərovun artıq kollektivlə məşqlərdə çıxış etməsidir. Məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirən komandamız bu gündən etibarən mərkəzi stadiona köçəcək. Axşam 19:30-da komandamız  cavab oyununun keçiriləcəyi arenada çalışacaq. Bu gündən `kamp`a girəcək komandamız sabah səhər saatlarında Bakıda sonuncu məşqinə çıxacaq. Ardınca isə komandamız Belçikaya yollanacaq.

Paylaş

// pop up