"QARABAĞ" "MƏŞQ" ETDİ . . .

single-news
28 Fev 2006

"QARABAĞ" "MƏŞQ" ETDİ . . .



"QARABAĞ" 4-0 "ƏDLİYYƏ" Qollar: Ramiz Hüseynov,Samir Musayev, Egidius Yuşka (2). "Qarabağ" 24 fevraldan başladığı təlim-məşq prosesini bu gün yekunlaşdırdı. Gündəlik iki günlük məşqlər edən klub üzvləri təlim-məşq prosesinin son günündə "Ədliyyə" ilə yoldaşlıq görüşü keçirdi. Bu matçda əsas heyətin səkkiz futbolçusunun milliyə cəlb olunması səbəbindən Baş Məşqçi Böyükağa Ağayev qalan bütün futbolçularını sınaqdan keçirməsi üçün şans qazanmışdı... "Qarabağ" - Cahangir Həsənzadə (Vitaliy Kovalyov,46), Zoran Çilinşek, Boyan İliç, Vasif Haqverdiyev, Mübariz Orucov (Fərid Haqverdiyev,46), Mehran Əliyev, Elmir Xankişiyev, Fərid Quliyev,Ramiz Hüseynov, Egidius Yuşka, Samir Musayev. Oyun başlayan kimi, hesab açıldı. Yandan Mübarizin ötürməsini gözəl zərbə ilə birinci dəstə komandasının qapısından Ramiz Hüseynov keçirdi.Bundan sonra dəfələrlə qol imkanları yaransa da birinci hissədə hesab dəyişmədi. İkinci hissənin ilk dəqiqələri rəqibi öz qapısına sıxan "Qarabağ"lılar ikinci topu Egidius Yuşka ilə vurdular. Bir neçə dəqiqə sonra Samir Musayevin cərimə meydançasında iki oyunçunu bir hərəkətlə zərərsizləşdirməsi üçüncü qolun vurulması ilə nəticələndi. Matçın sonlarına 10 dəqiqə qalmış Yuşka özünün ikinci, komandasının dördüncü qolunu vurmaqla matçın hesabını rəsmiləşdirdi: 4-0. Nəticənin o qədər də əhəmiyyətli olmamasına baxmayaraq, Böyükağa Ağayev matç sonrası yetirmələrinin sərgilədiyi oyundan razı qaldı.

Paylaş

// pop up