`Qarabağ` məşqə başladı, Samir 20 günlük sıradan çıxdı
`Qarabağ` məşqə başladı, Samir 20 günlük sıradan çıxdı
`Qarabağ`ımız bazar günü qarşılaşacağı `Simurq`la oyunun hazırlıqlarını davam etdirir. `Neftçi`ylə oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət vermişdi. Dünən isə milli futbolçularının iştirakıyla komandamızın tam tamtərkibli məşqi baş tutub. Legionerlərimiz də artıq komandamızın düşərgəsinə qoşulub.
Amma komandamız hazırlıqlarını tam heyətlə davam etdirə bilmir. Belə ki, millinin Avstriya ilə oyununda zədələnən Samir Abasovun zədəsi ciddidir. 32 yaşlı yarımmüdafiəşçinin 20 gün sahələrində uzaq qalacağı ehtimal olunur. Latviya millisinin son oyununda 90 dəqiqə oynamış Andrey Rubins də zədələnib. Samirdən fərqli olaraq latviyalının zədəsi elə də ciddi deyil.
Komandamız dünən tək çalışmasını Respublika stadionunda keçirib. Bu gün isə 15:30-da komandamız Suraxanı qəsəbə stadionunda tək məşqini edib.