`Qarabağ` məşqə başladı

single-news
21 Avq 2010

`Qarabağ` məşqə başladı



`Qarabağ`ımız artıq məşqlərə başlayır. Avqustun 19-u Avropa Liqasının pley-off mərhələsində `Borussiya` ilə qarşılaşan komandamız dünən Bakı - Frankfurt reysiylə paytaxta dönüb. Bu gün axşam 19:00-da komandamız Suraxanı qəsəbə stadionunda məşqə çıxacaq. Sabah MOİK-lə premyerliqanın 3-cü turunun oyununa çıxacaq komandamız məşqin ardından `kamp`a yığışacaq.

Xatırladaq ki, MOİK - `Qarabağ` oyunu sabah 18:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Paylaş

// pop up