`Qarabağ` məşqi fotolarda
26 İyn 2014
`Qarabağ` məşqi fotolarda
`Qarabağ`ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın növbəti gününə komandamız yerli vaxtla 10:30-da başladı.Yüksək tempdə davam edən çalışma fiziki hazırlıq üzərinə qurulmuşdu. Sürət və koordinasiya çalışmalarının ardından 3-lü qrupa bölünən futbolçular toplu çalışmalar yerinə yetirdi. Yüngül qaçışla məşq başa çatdı.
`Şaxtyor`la oyunda yüngül zədə alan komandamızın yeni transferi Danilo Dias da bugündən etibarən kollektivlə çalışmalara qoşulub. Kapitanımız Rəşad Sadıqov isə hələ də fərdi olaraq məşq edir.
Komandamızın son 2 gündəki məşqindən fotolara FOTOQALEREYA bölümündə baxa bilərsiz.
http://qarabagh.com/1987/?name=photoview&phid=534&lang=1#
http://qarabagh.com/1987/?name=photoview&phid=535&lang=1