`Qarabağ` məşqini etdi, `Qəbələ`ni gözləyir
`Qarabağ` məşqini etdi, `Qəbələ`ni gözləyir
Bu gün komandamız premyerliqanın 2-ci turundan təxirə salınmış `Qəbələ` ilə mac üçün sonuncu hazırlığını keçirib. Dünən axşam raddələrində Zaqatalanı tərk edərək Ağdama yollanan komandamız saat 17:00-da 1 saat davam edən məşq keçib.
Yüngül tempdə davam edən çalışmada bütün futbolçular iştirak edib. Amma Emin İmaməliyev və Qara Qarayev Bakıda zədələrini sağaltmaqla məşğuldurlar. Amma digər bir sevindirci məqam Rəşad Sadıqovla bağlıdır. Millinin kapitanın sabah baş tutacaq macda `Qarabağ` heyətində premyerliqada debüt etmək imkanı yüksəkdir. Komandamızın baş məşqçisi Qurban Qurbanovun şans verəcəyi təqdirdə 27 yaşlı müdafiəçini uzun fasilədən sonra premyerliqada forma geyinəcək.
Bu arada onu da nəzərinə çatdıraq ki, gecə Ağdamda leysan yağsa da, məşq zamanı havanı temperaturu normal olub.
Diqqətinizə çatdıraq ki, sabahkı oyun 16:00-da keçiriləcək və `AZTV-Idman` ilə canlı olaraq yayımlanacaq.