`Qarabağ` məşqlərə 4 futbolçu ilə başladı
`Qarabağ` məşqlərə 4 futbolçu ilə başladı
`Qarabağ` bu gün hazırlığa başlayır. `Baki` macından sonra milli görüşlər səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara 3 günlük icazə vemişdi. Bu Suraxanı qəsəbə stadionunda məşqə çıxacaq komandamız sadacə düşərgədə olan futbolçular üçün məşq planlaşdırıb. Belə ki, 7 futbolçusu əsas millidə olan komandamızda yaş qruplarına da 10-dan çox futbolçu göndərib. Üstəlik, Rəşad Sadıqov, Ayxan Abbasov, Emin İmaməliyev zədə səbəbindən komandanın düşərgəsindən ayrı düşüblər. Admir Teli isə yaranmış fasilədən istifadə edərək vətəninə yollanıb. Belədə komanda əsas heyətdən cəmi 4 futbolçunun ümidinə qalıb. Aslan Kərimov, Zaur Həşimov, Namiq Yusifov, Aftandil Hacıyevlə yanaşı məşq keçmək üçün əvəzedici heyətdən futbolçu dəvət olunacaq.