`Qarabağ` məşqlərə başladı: Tural döndü, Vüqar dayandı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
1 Avq 2011
`Qarabağ` məşqlərə başladı: Tural döndü, Vüqar dayandı
`Qarabağ`ımız `Brügge`ylə oyunun hazırlıqlarını davam etdirir. Dünən axşam komandamız Bakıya döndükdən sonra ilk məşqini keçib. Suraxanı qəsəbə stadionunda 19:30-da baş tutan çalışma 90 dəqiqə davam edib. Çalışmada dizindən zədələnərək sıradan çıxan Vüqar Nadirov iştirak etməyib. Əvəzində təxminən 3 həftədir oynamayan Tural İsgəndərov kollektivlə məşqlərə qatılır. Rəşad Sadiqov da məşqlərə qatılır. Komandamızın kapitanı qardaşının vaxtsız vəfatıyla əlaqədar olaraq `Brügge`dəki oyunda iştirak edə bilməmişdi. 28 yaşlı yarımmüdafiəçi dünən komandamızın düşərgəsinə qoşularaq məşqlərə başlayıb.