`Qarabağ` məşqlərə başladı
24 Fev 2012
`Qarabağ` məşqlərə başladı
`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın XXI turunda baş tutmuş `Kəpəz`lə oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət vermişdi. Komandamız çalışmaları tam heyətlə davam etdirmir. 5 futbolçumuz Azərbaycan millisinin əsas heyətində Dubaya təlim-məşq toplanışına yollanıb. 3 futbolçumuz isə U-21 düşərgəsindədir. Ansi Aqolli Albaniya millisinin düşərgəsinə yollanıbsa, zədəsi olan Nderim Nedzipi ölkəsində müalicə alır. Maksim Medvedev isə `Bakı`yla oyunda aldığı zədəni sağaltmaqla məşğuldur. Maksim hazırda fərdi çalışmalarla kifayətlənir. Yaxın zamanlarda müdafiəçimizin toplu çalışmalar başlayacağı gözlənilir.
Günün tək çalışması 15:00-da Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub.
Günün tək çalışması 15:00-da Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub.