`Qarabağ` məşqlərə başladı

single-news
16 Mar 2013

`Qarabağ` məşqlərə başladı



`Qarabağ`ımız yenidən məşqlərə başladı. Premyerliqanın XXIII turundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov milli oyunlarla yaranmış fasiləylə əlaqədar olaraq komandaya 3 günlük istirahət vermişdi. Bugün komandamız 14:00-da bazada toplaşaraq məşqə yollanıb. `Qarabağ`ımız Suraxanı qəsəbə stadionunda günün yeganə çalışmasını keçib. `Qarabağ`ımız məlum səbəblərdən heç də tam heyətlə çalışa bilmir. 7 futbolçusunu əsas, 2 futbolçusunu U-21-ə, Ansi Aqollini Albaniya millisinə göndərən komandamız da Branimir Subaşiç də zədə səbəbindən çalışmalara qatılmır. `Qarabağ`ımızın sabaha 2 məşqi nəzərdə tutulub.

Paylaş

// pop up