`Qarabağ` məşqlərə başladı
30 İyn 2014
`Qarabağ` məşqlərə başladı
`Qarabağ`ımız yenidən məşqlərə başladı. Avstriyada təlim-məşq toplanışında olan komandamız dünəni istirahətlə keçirmişdi. Komandamızın baş məşqçisi Qurban Qurbanov `Krasnodar`la İyunun 28-də baş tutan hazırlıq matçından sonra dünən futbolçulara iştirahət imkanı yaratmışdı.
Bugündən isə 2 məşqlə hazırlıqlara start verilib. Komandamız səhər məşqinə ənənəvi olaraq yerli vaxtla 10:30-da (Azərbaycan vaxtıyla 13:30) yollandı.
Komandamızın 2-ci hazırlığı yerli vaxtla 17:30-a nəzərdə tutulub.