“QARABAĞ” MƏŞQLƏRƏ BAŞLADI

single-news
3 Sen 2008

“QARABAĞ” MƏŞQLƏRƏ BAŞLADI



“Qarabağ” komandası bu gündən etibarən məşqlərə başlayacaq. Xatırladaq ki, premyerliqanın 4-cü turu çərçivəsində baş tutan “Bakı” matçından sonra komandamızın çalışdırcısı Qurban Qurbanov  futbolçulara 3 günlük icazə vermişdi.  Buna səbəb isə milli matçlarla əlaqədar olaraq yaranmış 20 günlük fasilə idi. Bu gün isə səhər komanda ilk məşqinə çıxıb. Gənclik ərazisində “3-cü bağ” deyilən sahədə futbolçular əsasən qaçmaqla məşğul olublar.

Onu da nəzərinizə çatdıraq ki, komandamız heç də tam heyətlə çalışa bilmir. Beləki, milli komandalara gedən futbolçular ilk məşqdə çıxış edə bilməyiblər. Əsas millidə olan Fərhad Vəliyev və Vaqif Cavadovla yanaşı, U-21-ə yollanan Osman Umarov, Timur İsrafilov, Maksim Medvedev, Əfran İsmayılov, Rauf Əliyevin yoxluğunda Qurban Qurbanovun sərəncamında 20-dən az futbolçu qalmasına səbəb olub.

Komandamız 5-ci turda səfərdə qarşılaşacağımız “Qəbələ” ilə oyuna qədər Bakıda hazırlıq keçəcək. Komanda zədəli futbolçuların olmaması bir başqa sevindirci faktdır.  

Paylaş

// pop up