“QARABAĞ” MƏŞQLƏRƏ BAŞLADI
“QARABAĞ” MƏŞQLƏRƏ BAŞLADI
“Turan”la oyundan sonra verilmiş istirahət başa çatıb. Milli oyunlarla əlaqədar olaraq yaranmış fasilə futbolçulara 3 günlük istirahət etməsinə şərait yaradıb. Komandamızın çalışdırıcısı Qurban Qurbanov eyni zamanda legionerlər Artim Şakiri, Zekeriyya Ramazani, Sedat Şahinin vətənlərinə getməsinə şərait yaradıb. Adı çəkilən futbolçular artıq sabah Bakıda olacaq. Məşqçilər korpusunda yer alan Mehmet Ak da yaranmış fasilədən yararlanaraq Türkiyəyə yollanmışdı. Gənc mütəxəssis artıq bu gecə Bakıda olacaq.
Bu gün bazaya toplaşan futbolçular Suraxanı qəsəbə stadionunda ilk məşqə yollanıb. Zədəli futbolçulardan Emin İmaməliyev, Zaur Həşimov məşqdə iştirak etməyib. Ümumilikdə, elə də ağır keçməyən məşq təxminən saat yarım davam edib.
Sabahdan etibarən isə məşqlər intensivləşəcək. Futbolçuların ümumi hazırlığını öyrənmək üçün test keçirələcək. Onu da qeyd edək ki, milliyə çağrılmış Fərhad Vəliyev və Vaqif Cavadov məlum səbəblərdən dolayı komandanın bu günki çalışmasında iştirak etməyib.