`Qarabağ` məşqlərə başladı

single-news
23 Mar 2011

`Qarabağ` məşqlərə başladı



`Qarabağ`ımız məşqlərə başladı.  Novruz bayramı və milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi.  Artıq dünəndən komandamız hazırlıqlara start verib. Komandamızın bazasına yığışan futbolçular `Sərin`in idman meydançasında məşq ediblər. Bu günə komandamızın 2 məşqi nəzərdə tutulub.  Artıq səhər məşqi baş tutub. Günün 2-ci məşqi də `Sərin`də keçirilməsi planlaşdırılır.
Komandamızın məşqlərində millimizin düşərgəsində olan Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı Albaniya millisinin düşərgəsinə yollanan Admir Teli, Ansi Aqolli və Latviyanın yığmasına yollanan Andrey Rubins iştirak etmir. Belə də komandamız  məşqlərini 17 futbolçuyla davam etdirir.

Paylaş

// pop up