`Qarabağ` məşqlərə başladı
4 İyl 2011
`Qarabağ` məşqlərə başladı
`Qarabağ`ımız artıq məşqlərə başlayıb. Avroliqanın ilk mərhələsində səfərdə Litvanın `Banqa` klubunu darmadağın edən komandamız artıq paytaxtda çalışmalarını davam etdirir. Baltikyanı ölkədən döndükdən sonra komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara bir günlük istirahət vermişdi.
Artıq dünən komandamız günü 2 çalışmayla bitirib. Suraxanı qəsəbə stadionunda məşqlərini edən komandamız bu gün tək çalışmayla kifayətlənəcək. Yenə eyni məkanda baş tutacaq məşqin başlama saatı 18:30-a nəzərdə tutulub.
Komandamızda ilk oyunu zədə səbəbindən buraxan Rauf Əliyev və Əfran İsmayılovun artıq komandayla məşqlərdə iştirak etdiyini bildirək.
`Qarabağ`ımız sabahdan etibarən məşqlərini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda keçəcək.