`Qarabağ` məşqlərə başladı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
10 Noy 2011
`Qarabağ` məşqlərə başladı
`Qarabağ`ımız artıq məşqlərə başladı. `Sumqayıt-şəhər`lə oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov milli oyunlar səbəbindən yaranmış fasiləylə əlaqədar olaraq futbolçulara 3 günlük icazə vermişdi. Dünən bir araya gələn futbolçular günün yeganə məşqinə çıxıb. Sabah baş tutacaq Albaniya - Azərbaycan oyununa ümumilikdə 6 futbolçu göndərən komandamız (Admir Teli, Ansi Aqolli - Albaniya, Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov – Azərbaycan ) eyni zamanda zədə səbəbindən millinin düşərgəsinə yollanmayan Rəşad Sadıxovsuz çalışır. Yaranmış fasilədən yararlanaraq vətənlərinə yollanan digər legionerlərimiz isə dünən Bakıya qayıdıblar və bu gündən məşqə çıxacaqlar.
Xatırladaq ki, `Qarabağ`ımız günün yeganə məşqini Suraxanı qəsəbə stadionunda keçəcək.
Xatırladaq ki, `Qarabağ`ımız günün yeganə məşqini Suraxanı qəsəbə stadionunda keçəcək.