`Qarabağ` məşqlərə başla(ma)dı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
3 May 2011
`Qarabağ` məşqlərə başla(ma)dı
`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyunun hazırlıqlarına başladı. Mayın 7-sində Lənkəranda cənubluların qonağı olacaq komandamız bazar günü keçirilmiş `Bakı`yla oyundan sonra dərhal məşqlərə başlayıb. Dünən 1 məşq keçən komandamızın hazırlığı bərpaedici xarakter daşıyıb.
Amma bu gün komandanın böyük hissəsi istirahət edəcək. Düzdü, saat 11:00-a məşq təyin olunub. Amma bu məşqə daha çox gənclər çıxacaq.
Sabaha isə komandamızın planında tək məşq var. Mayın 5-ində komandamız Lənkərana yollanmağı planlaşdırır.