`Qarabağ`-`Metallurq` görüşünün hakimləri məlumdur

single-news
24 İyn 2010

`Qarabağ`-`Metallurq` görüşünün hakimləri məlumdur



Avroliqanın 1-ci turunda oyunları idarə edəcək hakimlərin adları məlum olub. `Qarabağ`ımızın start oyununda `Metallurq`la mücadiləsini ruminiyalı hakimlər briqadası idarə edəcək. Respublika stadionunda baş tutacaq oyunu  İstvan Kovacs idarə edəcək. 26 yaşlı hakim bu ildən etibarən FİFA dərəcəsi daşıyır. Ona Miklos İstvan Nagy və Radu Adrian Stefan Ghinguleac kömək edəcək. 4-cü hakim funksiyasını Ovidiu Alin Hategan yerinə yetirəcək. Hakim inspektor isə Uelsin nümayəndəsi Rodger Gifford olacaq. UEFA nümayəndəsi isə Fransadan Patrick Uattebled təyin olunub.

Paylaş

// pop up