`Qarabağ` - Metallurq` mətbuat konfransı

single-news
30 İyn 2010

`Qarabağ` - Metallurq` mətbuat konfransı



Avroliqanın 1-ci təsnifat mərhələsində `Qarabağ` - `Metallurq` matçından öncə mətbuat konfransı keçirilib. İlk olaraq qonaq komandasının baş məşqçisi Darko Tasevski və makedonların kapitanı Miroslav Vays media qarşısına çıxıb. Tasevski konfransda bildirib ki, `Qarabağ` yetərincə ciddi rəqibdir. Vaxtilə Azərbaycanda oynamış bütün futbolçulardan o cümlədən Şakiri, Ramazani, Naçevski, Xristov kimi futbolçulardan məlumat toplayıb. `Qarabağ`ın ötən ilk `Rusenburq`u sıradan çıxarması komandasına əlavə motivasiya edir. `Qarabağ`ı əla tanıdığını bildirən Tasevski ilk oyunda səfərdə oynamağının üstünlüyündən yararlanmağa çalışacaqlarını bildirdi. Vays isə `Qarabağ` nisbi favorit olduğunu söyləyərək Bakıya gəzməyə gəlmədiklərini və ilk oyundan maksimum nəticə qazanmağa çalışacaqlarını bildirdi.

Ardınca `Qarabağ`ımızın kapitanı Aslan Kərimov media önünə çıxdı. Əfsanəvi kapitan ötən mövsüm Avroliqada uğurlu çıxışdan sonra hər kəsin `Qarabağ`dan bu il də nəticə gözlədiyini bildirdi. Azarkeşlərin ümidlərini doğrultmağa çalışacaqlarını bildirən Aslan rəqibi tanımasalar da makedonları ciddi qəbul etdiklərini və çətin oyunda qələbə qazanacaqlarına inandığını bildirdi.

Sonda komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı baş tutdu. Qurban müəllim `Metallurq`un oyuna ciddi hazırlaşdığını və sona qədər vuraşacaqlarını bildirdi. Rəqibi güclü deyil çətin kimi xarakterizə edən çalışdırıcımız ötən ilki uğurlarda azarkeşlərin rolunu vurğulayaraq onları komandaya dəstək olmağa çağırdı.

Paylaş

// pop up