`Qarabağ` `Metallurq`la oyuna hazırlaşır

single-news
4 İyl 2010

`Qarabağ` `Metallurq`la oyuna hazırlaşır



`Qarabağ`  Avroliqanın 1-ci turunda qarşılaşacağı `Metallurq`la oyunun hazırlıqlarını davam etdirir. Gündə bir dəfə məşq edən komandamızda əhval-ruhiyyə yetərincə yüksəkdir. Avrokuboklarda Azərbaycan klublarının ilk böyükhesablı qələbəsini qazanan komandamız buna baxmayaraq ciddi olaraq Makedoniya səfərinə hazırlaşır. Bu arada komandamızda zədəlilərlə bağlı durum üzləri güldürür. Belə ki, `Metallurq`la ilk oyundan 2 gün öncə zədələnərək meydana çıxmayan Maksim Medvedev artıq çalışmalarda iştirak edir. Eyni zamanda zədəsini yeni sağaldan, lakin son görüşdə yenidən ağrılar hiss edən Samir Abbasovun durumu qənaətbəxşdi.
Amma komandamızın bugün ki məşqində bir itki reallaşıb. Komandamızın son transferi Ansi Aqolli bu gün Tofiq Bəhramov adına stadionda baş tutmuş məşqdə zədələnib. Əzələsini dartan müdafiəçinin durumuna sabah aydınlıq gələcək.

Paylaş

// pop up