"Qarabağ" "Metallurq"u əritdi (korner.az)
2 İyl 2010
"Qarabağ" "Metallurq"u əritdi (korner.az)
Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib. Makedoniyanın "Metallurq" klubu ilə qarşılaşan Qurban Qurbanovun yetirmələri 2-ci hissənin başlanğıcında Admir Telinin qırmızı vərəqə alması ilə azlıqda qalsalar da rəqibini 4:1 hesabı ilə məğlub etməyi bacardılar. "Qarabağ"ın heyətində Rəşad Sadıqov, Əfran İsmayılov, Emin İmaməliyev və Georgi Adamiya fərqləniblər. "Metallurq"un təsəlli qoluna Simonovski imza atıb.
"Qarabağ"ın bu uğuru Azərbaycan futbolu tarixinə avrokuboklardakı ən böyükhesablı qələbəmiz kimi düşdü. Həm də bu qələbəni matçın böyük hissəsində 10 futbolçu ilə mübarizə apararaq qazanmağımız da xüsusi qeyd olunmalıdır.