"QARABAĞ" MİLLİ ÇEMPİONATLAR TARİXİNDƏ...
18 İyn 2005
"QARABAĞ" MİLLİ ÇEMPİONATLAR TARİXİNDƏ...
"Qarabağ" komandası Milli çempionatda 1992-ci il mövsümündən çıxış edərək 334 oyun keçirib, 190 qələbə qazanıb, 72 heç-heçə oynamış və 72 dəfə məğlub olmuşdur. Rəqib qapısından 534 top keçirərək, öz qapısından 286 top buraxmışdır.
Komanda öz meydanında 161 oyun keçirmiş , 122 qələbə qazanmış, 20 dəfə heç-heçə oynamış, 19 dəfə məğlub olmuşdur. Top fərqi 323-111-dir.
Rəqib meydanında 161 oyun keçirən komanda 65 dəfə qələbə qazanmış, 47 dəfə heç-heçə oynamış, 49 oyunda məğlub olmuşdur. Top fərqi 196-168-dir.
Komandamız 1993, 1996-97-ci illərdə Azərbaycan Çempionu, 1993-94-cü ildə 2-ci yer, 2003-04-cü ildə isə üçüncü yeri tutmuşdur.
Çempionatda ən böyükhesablı qələbəsi 7:0 ("Pambıqçı"Neftçala, 95-96-cı il mövsümü; "Ədliyyə" Bakı,2003-04 mövsümü).
Böyükhesablı məğlubiyyəti isə 1:5 ("Şəmkir" 1999-2000 mövsümü) və 0:4 ("Neftçi" Bakı 2000-01 il mövsümü və "Turan" 2004-05-ci il mövsümü) olmuşdur.
Ən çox oyun keçirən futbolçusu Yaşar Hüseynovdur- 219 oyun. Ən çox qol vuran futbolçumuz isə Müşfiq Hüseynovdur - 11 top.
Mövsümlər ərzində ən məhsuldar futbolçu Samir Musayev olmuşdur- 20 top(2003-04 -cü il ).