“QARABAĞ” MİLLİ FUTBOLÇULARI MÜKAFATLANDIRDI
“QARABAĞ” MİLLİ FUTBOLÇULARI MÜKAFATLANDIRDI
“Qarabağ” Futbol Klubu Azərbaycan futbol ictimaiyyətində daim özünəməxsus dəsti-xətti ilə seçilib. Ölkə futbolunun inkişafına naminə müəyyənləşdirilmiş strategiya, Azərbaycanda idmanın şahına yeni tərəqqi cığırı açmaq klubumuz və camiəmiz hədəf zirvəsi olub. Bu məqsədlə, düşünülmüş və planlaşdırılmış strategiya nəticəsində damla-damla gerçəkləşdirilən hədəflərimiz üzümüzü güldürməyə bilməz. Təsadüfi deyil ki, bu gün Azərbaycan müxtəlif yaş qruplarına ən çox futbolçu verən “Qarabağ” Futbol Klubudur. 18-20 futbolçunun Azərbayacanın milli formasında “Qarabağ” təmsil etmək kimi böyük bir qürur mənbəyi ola bilməz. Bu eyni zamanda erməni işğalında qalmış lakin, ruhumuzda, qanımızda yaşayan QARABAĞIMIZIN təsəllisidir. Lakin, Qarabağ adı tək inildəyən təsəlli acısı deyil, vətəni, xalqını beynəlxalq aləmdə ən yaxşı şəkildə təmsil etmək məsuliyyətidir. Bu məqsədlə, hər zaman milli formanı layiqincə təmsil edənlərə həssaslıqla yanaşan klubumuz 3 rəngli dəyəri daşıyan formanı yəni Azərbaycan ləyaqətinə zərbə vuranlara da cəza verəcək. Baş məşqçimiz Rasim Karanı dinləyək: “Qarabağ” olaraq, milliyə ən çox futbolçu verən klub olmaqdan zövq alırıq. Çempionatda müəyyən hədəfləri olan komanda kimi birdən-birə 18-20 futbolçunun millilərə getməsindən çətinlik çəksəkdə, bunu heç zaman problem etməmişik. Zatən, ən böyük məqsədimiz də budur. “Qarabağ” ülvi dəyərlərə malik olan klubdur. Ona görə də, milli formanı uğurla geyən futbolçuları mükafatlandırmağı qərara almışıq. Amma, rəsmi matclarda millinin şərəfini uğurla qoruyanları mükafatlandırmaqla yanaşı, milliyədə kluba layiq olmayacaq şəkildə çıxış edənləri isə cəzalandıracağıq. Ümidvaraq ki, biz ancaq, futbolçularımız; sadəcə mükafatlandırarıq. Bu eyni zamanda, Azərbaycan futbolunun inkişafda olduğunu da göstərər.”