"QARABAĞ" MİLLİ ÜÇÜN - HAMIMIZ MİLLİ ÜÇÜN! ! !

single-news
22 May 2007

"QARABAĞ" MİLLİ ÜÇÜN - HAMIMIZ MİLLİ ÜÇÜN! ! !



02.06.2007-ci il tarixində Avropa Çempionatının Seçmə qrup oyunları çərçivəsində Millli komandamız Polşa Yığma komandasını qəbul edəcək. Ardından Qazaxıstana səfər edəcək komandamız bu ölkənin yığması ilə də növbəti oyununu keçirəcək. Artıq ölkəmizi təmsil edəcək futbolçuların adları məlumdur.

Qapıçılar:
1.      Fərhad Vəliyev              - “İnter”
2.      Cahangir Həsənzadə  - “QARABAĞ”
3.      Rauf Mehdiyev             - “Olimpik”

Müdafiəçilər:
1.      Samir Abbasov          - “QARABAĞ”
2.      Ramin Quliyev          - “Bakı”
3.      Aslan Kərimov          - “QARABAĞ”
4.      Zaur Həşimov           - “İnter”
5.      Elvin Əliyev  - “Olimpik”
6.      Emin Quliyev            - “Xəzər-Lənkəran”

Yarımmüdafiəçilər:
1.      Aleksandr Çertoqanov   - “Neftçi”
2.      Elmar Baxşıyev                  - “İnter”
3.      Emin İmaməliyev              - “İnter”
4.      Samir Əliyev          - “Neftçi”
5.      Ceyhun Sultanov                - “Xəzər-Lənkəran”
6.      Ramazan Abbasov          - “Bakı”
7.      İlqar Qurbanov                    - “Xəzər-Lənkəran”

Hücumçular:
1.      Branimir Subaşiç       - “Neftçi”
2.      Kənan Kərimov            - “QARABAĞ”
3.      Vüqar Nadirov               - “Xəzər-Lənkəran”
4.      Vaqif Cavadov               - “QARABAĞ”
5.      Xaqani Məmmədov   - “Olimpik”

Heyətdən də göründüyü kimi 21 futbolçunun 5-i "Qarabağ"ı təmsil edir.Onlar Millinin uğurlu çıxışı üçün bütün imkanlarından maksimum istifadə edəcəklərini, Polşa sindromuna son qoyacaqlarına inanırlar:

CAHANGİR HƏSƏNZADƏ (qapıçı): "Ardıcıl Polşaya məğlubiyyətlərimizə son qoymalıyıq. Gözəl oyun və qələbə üçün 90 dəqiqə meydanda mücadilə görsədib azarkeşlərimizi sevindirməliyik. İnanıram ki, bu dəfə bunu bacaracağıq..."

KƏNAN KƏRİMOV (hücumçu): "Polşa Finlandiyadan güclü rəqibdir. Amma onları da məğlub edə bilərik. Mənim əsas vəzifəm qol vurmaqdır - bu da qələbə üçün əsas amildir. Çalışacam ki, doğma publika önündə bu sevinci xalqımıza yaşadım..."

ASLAN KƏRİMOV (Millinin və "Qarabağ"ın kapitanı): "Polşaya biabırçı məğlubiyyət mənə çox təsir edib və həmin oyundan sonra xeyli müddət özümə gələ bilməmişdim. Bu oyun qisas olmalıdır. Həm bizim onlardan bu dərəcədə zəif olmamamızın göstəricisi kimi, həm də azarkeşlərimizə bu anları az da olsa unutdurmaq baxımından... Sadəcə bir söz demək istəyirəm: Stadiona ürəkli gəlin. Biz Finlandiya sevincini bir daha yaşatmaq gücündəyik ! ! !" 

 

Paylaş

// pop up