“QARABAĞ” MİNİMAL HESABLA MƏĞLUB OLDU
“QARABAĞ” MİNİMAL HESABLA MƏĞLUB OLDU
“Qarabağ”ın baş məşqçisi Rasim Kara cari mövsümünün experiment xarakteri daşıdığını nəzərə alaraq növbəti dəfə heyətdə rotasiya işləri aparmışdı. Belə ki, əsas forvard Vaqif Cavadov ehtiyatda qalmış gənc Rauf Əliyev isə əsas heyətdə yerini almışdı. Bəri başdan qeyd edək ki, 17 yaşlı forvard heç də pis təsir bağışlamadı. Ötən tur kapitan olaraq meydana çıxmış Hüseyn İSgərndərov isə yerini Timur İsrafilova vermişdi.
Oyuna “Qarabağ” daha fəal başladı. Getdikcə meydanın mərkəzinə yığılan oyunda tərəflər topu saxlamaqda çətinlik çəkirdilər. Lakin, “Qarabağ” bu sükutu pozmaq üçün matçın ən real imkanını 22-ci dəqiqədə əldə etdi. Aslan Kərimov sol cinahda dayanmış Raufa uzun ötürmə etdi. Əliyev isə təcrübəli Yoloviçi əla bir fənnlə keçərək Kənana qol vurmaq üçün əlverişli mövqeyə çıxarsa da Kərimovun zərbəsini Vəliyev qaytardı. Topa hamıdan tez yetişən Hakan isə 2 metrdən qapını nişan ala bilmədi.
Az sonra “Qarabağ” oyunçu dəyişikliyi etmək məcburiyyətində qaldı. Elşən Məmmədovla toqquşan Maksim Medvedev oyunu tərk etməyə məcbur oldu. İlk yarının son dəqiqələrində ev sahibləri təşəbbüsü ələ keçirməyə cəhd etsələr də təhlükəli epizod yarda bilmədilər. 2-ci hissədə “İnter”də İsmayıl Məmmədovun meydana daxil olması oyunu canlandırdı. 58-ci dəqiqədə məhz İsmayılın yerinə yetirdiyi cərimə zərbəsindən sonra Umarov topu qaytarsa da Razanauskas hesabı açdı. Qoldan sonra geri çəkilən komanda “Qarabağ”ın hücum etməsinə şərait yaratdı. Az sonra komanda da daha bir itki baş verdi. Aslan zədələnərək yerini Əfrana verdi. Oyunun sonuna qədər “Qarabağ” hesabı dəyişə bilmədi və oyun “İnter”ə minimal hesablı məğlubiyyətlə başa çatdı.