“Qarabağ” - “MKT-Araz”. (FUTBOL+, 13.05.2006)

single-news
13 May 2006

“Qarabağ” - “MKT-Araz”. (FUTBOL+, 13.05.2006)



Bu komandaların oyununu turnir cədvəlində “qonşuların dueli” kimi xarakterizə etmək olar. “MKT-Araz” uzun müddət turnir cədvəlində 6-cı pillədə qərarlaşsa da, uğursuz oyunlarla bu mövqeyini elə “Qarabağ”a vermiş oldu. Sabahkı oyunda qələbə qazanmaqla imişlilər ağdamlılara çatmış olacaq. Üstəlik, nəzərə alsaq ki, “MKT-Araz”ın ehtiyatda bir oyunu var, komandanın mövsümü ilk “6-lıq”da başa vuracağı real görünür. “Qarabağ” isə ölkə kubokunda finala çıxmaq vəzifəsini yerinə yetirdikdən sonra çempionatda qarşısında duran vəzifə mövsümü 5-ci pillədə başa vurmaqdadı. Hazırda 5-ci yerdə olan “Turan”ın ehtiyatda bir oyunu olsa da, bu mövqedən onu sıxışdırmaq mümkündü və ağdamlılar sabah Suraxanıda növbəti qələbələrini qazanmaqla demək olar xallarını tovuzlularla eyniləşdirəcək. Onsuz da zədəylə problemləri az olmayan “Qarabağ”ın gənclər yığmasındakı üzvü Romal Hüseynovun sabah xidmətindən istifadə etməyəcəyi gözlənilir. Belə ki, U-21-ni kapitanı irlandlarla srağagünki matçda aldığı zədəni müalicə etdirir.

Paylaş