"QARABAĞ" - "MKT-ARAZ" : MATÇ ÖNCƏSİ . . .

single-news
12 May 2006

"QARABAĞ" - "MKT-ARAZ" : MATÇ ÖNCƏSİ . . .



"Qarabağ" Futbol Klubu Azərbaycan Çempionatının XXV turu çərçivəsində növbəti oyununu öz meydançasında - Suraxanı qəsəbə stadionunda İmişlinin "MKT-Araz" klubuna qarşı keçirəcək. Turnir cədvəlində bir pillə də irəliləmək şansı qazanan "Qarabağ" FK bu imkanı dəyərləndirmək niyyətindədir. Qarşıdakı oyunda "Qarabağ"ın qələbəsinə bütün heyət inanır: Aslan Kərimov: "Təəssüf edirəm ki, cəza səbəbindən bu oyunda iştirak edə bilməyəcəm. Lakin komandamızın bu günkü səviyyəsi rəqibimizi məğlub etmək üçün kifayət edəcəyini düşünürəm. İmanıram ki, komandamız aktivinə növbəti üç xalı yaza biləcək." Qoqa Beraya: "Hədəfimiz kubok olduğundan bütün diqqətimizi oraya yönəltmişdik. Sevinirəm ki, komandamız finala yüksəldi və qarşıdakı oyunlarda rahatlıqla meydana çıxacağımıza inanıram. Dövrənin əvvəlinə nisbətən indi komandamızda futbolçular arasında meydanda bir-birinə uyğunlaşma prosesi daha yaxşı olduğundan kollektiv oyunla İmişli klubunu da məğlub edəcəyik." Azər Məmmədov: "Mən komandanın müdafiəçisi kimi çalışacam ki komandamızın qapısını toxunulmaz saxlayaq. Hücumçularımızın da qol vuracağı təqdirdə qələbə qazanacağımıza şübhə qalmır..." Böyükağa Ağayev: "Zədəli və cəzalı futbolçularımız çoxdur. Bütün ikinci dövrə ərzində bu sindromdan yaxa qurtara bilmədik. Buna baxmayaraq meydana çıxan futbolçularım döyüşdülər və fikrimcə indiyə qədər lazım olan nəticəni qazandılar. Bu matç öncəsi də itkilərimiz çıxdur. Amma "Qarabağ" bu oyunda da öz sözünü deyəcək..."

Paylaş