`Qarabağ` möhtəşəm qarşılandı. FOTOQALAREYA
1 May 2009
`Qarabağ` möhtəşəm qarşılandı. FOTOQALAREYA
`Qarabağ` artıq Ağdamdadır!!! Bu gün səhər saatlarında yola düşən komandamız saat 3 raddələrində Quzanlıya yetişdi. `Qarabağ`ın doğma torpaqlara dönüşü əsl bayram yaşanmasına səbəb oldu. İlk dəqiqələrdən etibarən azarkeşlərin `Qarabağ` sevgisi hiss olunmağa başladı. Belə ki, Yexlaxa gələn bir qrup azarkeş `Qarabağ` bayraqlarıyla 65 km komandanı müşayiət etdi. Ağdama yaxınlaşdıqca bayraqlarla bəzənmiş maşınların sayı artırdı. Belə də, komandamız möhtəşəm əhval-ruhiyyədə Ağdama daxil oldu.
Komandamız nahar etdikdən sonra 19:00-da təxminən 90 dəqiqə məşq etdi. Məşq zamanı da azarkeşlər komandanı tərk buraxmadı.
`Qarabağ` necə qarşılandı? FOTOQALEREYA bölməsindəz izləyə bilərsiniz...