"QARABAĞ" - "MOİK" 1:0

single-news
8 Apr 2005

"QARABAĞ" - "MOİK" 1:0



"Qarabağ" - 1.R.Mehdiyev, 3. A.Kolinenko, 4.V.Boqaç, 8.A.Cabbarov, 18.N.Həsənov, 2.A.Kərimov, 14.I.Karamanov, 19.E.Imaməliyev(11.M.E.Ozmen), 91.D.Sokolovski(20.R.Musayev, 79), 9.S.Musayev(6.S.Abbasov, 65), 10.V.Vasilyev. "MOIK"- 1.M.Yusifov,2.E.Allahverdiyev, 3.H.Isgəndərov, 4.R.Həsənov, 8.A.Şükürov, 10.A.Həşimov, 11.R.Ağayev(20.H.Həsənov, 63), 14.E.Əliyev, 17.R.Abbasov, 18.E.Imamquliyev(7.R.Fərəczadə, 46), 23.N.Adilov. Qol: Aslan Kərimov, 47 dəq. Oyun komandamızın hücumları ilə başladı. İlk dəqiqələrdən erkən qol vurmaq istəyi 5-ci dəqiqədə reallaşa bilərdi. Lakin Denix Sokolovskinin ötürməsini Vadim başa vura bilmədi. Müdafiə futbolu oynayan rəqib əks hücumlara meylli idi ki, buna da yarımmüdafiə xəttimiz imkan vermirdi... 29-cu dəqiqədə əvvəl Samirin sonra Vadim Vasilyevin zərbələri yaddaqalan oldu. 27-ci dəqiqədə isə meydanın bəlkə də ən yaxşısı olan Emin İmaməliyevin zərbəsini qapıçı tuta bildi.35-ci dəqiqədə Vadimin mükəmməl başla geri ötürməsini isə Samir başa vursa da, hakim oyundan kənar vəziyyət qeydə aldı.Birinci hissənin sonları da "Qarabağ"ın hücumları ilə keçsə də qol vurulmadı: 0:0 İkinci hissəyə başlayan kimi, Aslan özünün möhtəşəm baş zərbələrindən birinə imza atdı.Bunun qarşısını isə əlbətdə qapıçı qaytarmaqda aciz idi: 1:0 Bundan sonra oyun bir qədər də maraqlı xarakter aldı. Belə ki, bu vaxta qədər müdafiə futbolu oynayan rəqib irəli atılmaq istədi.Bu komandamıza daha çox qol vurmaq şəraiti yaratdı.Amma bir birini əvəzləyən hücumlarımız bir nəticə vermədi...Əsas oyunçularımızdan İ.Məmmədov cəzalı, A.Məmmədov,M.Orucov və qapıçımız V.Kovalyovun zədəli olmasına baxmayaraq komandamız yenə də oyunda diktə edən tərəf idi... "Qarabağ" aktivinə daha 3 xal yazaraq, liderliyini davam etdirir. Turun bu gün keçirilən digər oyunları belə nəticələnmişdir: "Bakı" - "Karvan" 0 : 0 "Ədliyyə" - "Karat" 2 : 3 "Qarabağ" -"MOİK" matçından fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş