`Qarabağ` MOİK-ə oyuna hazırdır

single-news
4 Noy 2010

`Qarabağ` MOİK-ə oyuna hazırdır



`Qarabağ`ımız MOİK-lə oyuna hazırdır. Sabah premyerliqanın 2-ci dövrəsinin start turunda MOİK-i qəbul edəcək komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb. Tofiq Bəhramov adına respublika stadionunda 14:00-da baş tutacaq qarşılaşmada komandamızın tək hədəfi qalibiyyətdir. Komandamızda 5 futbolçunun meydana çıxmayacağı dəqiqdir. Əfran İsmayılov və Samir Abasov trenajor zalında məşqlə kifayətlənir. Andrey Rubins və Emin İmaməliyev isə fərdi məşqlə kifayətlənir. Maksim Medvedevin isə məcburi istirahəti davam edir.
Xatırladaq ki, tərəflər arasında ilk dövrədə baş tutan görüşdə komandamız Adamiyanın qolu ilə 1:0 qələbə qazanmışdı.

Paylaş

// pop up